25 May, 2011
Rövnəq Abdullayev hansı hadisədən fəxr edir?

Mişel Platini ilə Yozef Blatterin Azərbaycana səfərinə AFFA prezidenti münasibət bildirdi

AFFA-nın prezidenti Rövnəq Abdullayev NBC Bank Azərbaycan Kubokunun mükafatlandırma mərasimindən sonra jurnalistlərin suallarını cavablandırıb. AFFA prezidenti Lent.az saytına açıqlamasında Azərbaycan futbolunun 100 illik yubileyi ilə bağlı ölkəyə gələn qonaqlar barədə də məlumat verib. 

R.Abdullayev bildirib ki, Azərbaycan futbolunun 100 illiyi iyunun 6-da qeyd ediləcək: “UEFA prezidenti Mişel Platini ilə FİFA prezidenti Yozef Blatter mərasimdə iştirak edəcəklər. Bu, bizim üçün fəxrdir. Onlar Azərbaycan futboluna, AFFA-ya hörmətlə yanaşırlar. Yubiley tədbirimizə qatılmaları bu hörmətin göstəricisidir”.

Anar

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!