6 Yanvar, 2017
"Qarabağ" klubu yeni transferini açıqladı

Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qarabağ" klubu yeni futbolçu transferini aıçqlayıb. Milli komandanın yarımmüdafiəçisi Ağabala Ramazanovla 1.5 illik müqavilə imzalanıb.

24 yaşlı oyunçu 2017/2018 mövsümünün sonuna qədər Qurbn Qurbanovun sərəncamında olacaq.

Qeyd edək ki, Ağabala Ramazanov "Qarabağ"a "İnter"dən azad agent kimi keçib. O, karyerası ərzində "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" komandalarında çıxış edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!