6 Yanvar, 2017
Aleksander Şapiro Suliman: "İnsanlar evlərindən çıxıb işə getmək istəmirlər"

2017-ci ilin ilk günündə İstanbulun Beşiktaş rayonu ərazisində yerləşən Reina gecə klubunda törədilmiş terror qan axıtdı. Dünən isə  İzmir ədliyəsində də yaşanan eyni qanlı faciə , bütün dünyanın diqqətini bir daha Türkiyəyə yönəltdi. Hadisə ilə bağlı simsar.az saytına açıqlama verən CIPDH - nin (Fransa Beynəlxalq İnsan Hüquqları Mühafizə Komitəsi) beynəlxalq əlaqələr üzrə sədri, AZER-İSRA Holdingin prezidenti,"SAFADİ" adına Beynəlxalq Diplomatiya Akademiyasının sədri, sülhməramlı səfir Aleksander Şapiro Suliman əvvəlcə Türkiyə xalqına başsağlığı verərək, bu terrorun xalq üçün böyük bir fəlakət olduğunu bildirdi. "Xatırlayırsınızsa, Fransada da bu cür terrorlar həyata keçirilib. Paris sakinlərinə qarşı törədilmiş terror aktı insanlığa zidd addım kimi qiymətləndirirəm. Terror aktları nəticəsində onlarla insan öz həyatını itirib, yüzlərlə insan isə xəsarət alıb. Əslində həmin gün Türkiyədə böyük bir fəlakət yaşandı. Bayram şənliyinə toplaşmış insanlara qarşı qəddarcasına silahlı hücum edilməsi, çox sayda insanın həlak olması və yaralanması böyük itkidir. Artıq bu terror aktları ölkəyə, dövlətə də öz ziyanlı təsirlərini göstərir. İnsanların inamı, ümidi azalır. Ən dəhşətlisi odur ki, insanlar evlərindən çıxıb işə də getmək istəmirlər. Bu başa düşüləndir. Amma terrorla mübarizə aparmaq lazımdır. Terrorizmə qarşı ən sərt şəkildə, qətiyyətli və ardıcıl mübarizə apararaq Türkiyə dövlətini bu bəladan xilas etmək lazımdır"- deyə xoşməramlı səfir bildirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!