İranın cənubunda güclü zəlzələ baş verib. Yeraltı təkanlar yerli vaxtla səhər saat 6 radələrində Fars vilayətinin Xonc şəhəri yaxınlığında baş verib.
Vilayətin qubernatoru Abbasinin verdiyi məlumata görə, zəlzələ nəticəsində 4 nəfər həlak olub. Həlak olanların Əfqanıstan vətəndaşları olduqları və işləmək üçün İrana gəldikləri qeyd olunur.
Zəlzələ baş verərkən onlar bağ evində olublar.