25 May, 2011
Ermənistan rayonlarımızı atəş altında saxlayır

Yenə Qazax, yenə Ağdam, yenə Füzuli, yenə Tərtər...

Ermənistan Silahlı Qüvvələrinin bölmələri atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri mayın 24-də saat 17.20-dən 17.38-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Baremakavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı kəndində yerləşən mövqedərimizi;

- saat 23.40-dan 23.50-dək və 23.50-dən 00.00-dək Ağdam rayonunun Cəvahirli və Yusifcanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən;

- saat 00.25-dən 00.30-dək Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən;

- saat 00.30-dan 01.20-dək Tərtər rayonunun Nəmirli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!