5 Yanvar, 2017
Dolların sabaha olan MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 6-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,2% artaraq 1,7742 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların rəsmi məzənnəsi 1,7707 manata bərabər olub.

Xatırladaq ki, bu gün AMB-də Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,7707 məzənnəsi ilə başlayıb və 1,7742 məzənnəsi ilə yekunlaşıb.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!