25 May, 2011
“Fənərbağça”nın prezidenti Bakıdadır

Mayın 24-də Türkiyənin “Fənərbağça” klubunun prezidenti Əziz Yıldırım Azərbaycana gəlib.

O, “Xəzər-Lənkəran” klubunun dəvəti ilə Bakıya təşrif buyurub. Ə.Yıldırım bu gün saat 20:00-da Azərbaycan kubokunun final qarşılaşması çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Xəzər-Lənkəran” – “İnter” qarşılaşmasını izləyir. Klubun sahibi Mübariz Mənsimovun da stadiona gələcəyi gözlənilir.


Qeyd edək ki, oyunu AFFA prezidenti Rövnəq Abdullayev də izləyir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!