5 Yanvar, 2017
21 yaşlı qız özünü 4-cü mərtəbədən atıb - BAKIDA

Bakıda gənc qız özünü binanın 4-cü mərtəbəsindən atıb. "Report" xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Belə ki, 21 yaşlı F.S. İnşaatçılar prospektindəki 38 nömrəli binanın 4-cü mərtəbəsindən özünü atıb. Yaralı binada yaşayanların köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları F.S.-in intihar etmək məqsədilə özünü binanın 4-cü mərtəbəsindən atdığını müəyyənləşdiriblər. Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!