5 Yanvar, 2017
Bədənimizdə “mezenter” adlı yeni orqan daşıyırıq

İnsan bədənində həzm sisteminə aid olan “mezenter” adlı yeni orqan kəşf edilib.  Simsar.az-ın AMEA-nın saytına istinadən verdiyi xəbərə görə, 2012-ci ildən irlandiyalı professor Kelvin Koffinin apardığı tədqiqatlar nəticəsində məlum olub ki, "mezenter" ayrı-ayrı hissələrdən deyil, bütöv orqandan ibarətdir. Bu kəşf nəticəsində insan bədənində orqanların sayı 79-a yüksəlib.

Orqan olaraq elan edilən hissəciyin funksiyasının tam olaraq nədən ibarət olması hələ də müəyyənləşdirilməyib. Lakin alimlər bu kəşfdən sonra elmin insan orqanizmi haqqında 100 illərdir, səhv fikirdə olduğunu etiraf ediblər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!