5 Yanvar, 2017
Daha bir İŞİD əmri öldürüldü

Türkiyə Silahlı Qüvvələri Suriyada apardığı "Fərat qalxanı" əməliyyatının 135-ci günündə də İŞİD mövqelərinə zərbələr endirib.

Antiterror əməliyyatı çərçivəsində İŞİD-in 74 mövqeyi müəyyən edilərək döyüş postları, səngərlər, avtomobillər atəşə tutulub.

Baş Qərargahın məlumatına əsasən, 20 terrorçu zərərsizləşdirilib. Onlardan birinin İŞİD əmiri olduğu deyilir.

Bundan başqa, Türkiyə qırıcılarının zərbələri nəticəsində 28 İŞİD hədəfi məhv edilib, 18 terrorçu zərərsizləşdirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!