25 May, 2011
«Xəzər Lənkəran» AZAL-ı Avroliqaya apardı

«İnter» 4-cü finalda da uğursuzluğa düçar oldu

Azərbaycanda 2010-2011 futbol mövsümünə yekun vuruldu. Azərbaycan Kubokunun finalına təsadüf edən mövsümün son oyununda "İnter" və "Xəzər Lənkəran" üz-üzə gəldi.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final maçtında azarkeşlər sözün əsl mənasında futbol bayramına şahidlik etdi. Peşəkar Futbol Liqası tərəfindən yüksək səviyyədə təşkil olunmış final matçından əvvəl şou-proqram və oyundan sonra lotereya keçirildi.
Oyuna gəlincə, qarşılaşmanın əsas vaxtı 0:0 hesabı ilə bitdi. Əlavə vaxt başlayan kimi "Xəzər Lənkəran"dan Uinston Parks hesabı açdı. Lakin "Xəzər Lənkəran" üstünlüyünü qoruya bilmədi və 100-cü dəqiqədə Girt Karlson tarazlığı bərpa etdi.
Oyun 1:1 hesabı ilə yekunlaşdığından qalib penalti seriyasında müəyyənləşdi. "Xəzər Lənkəran"dan Elnur Abdullayevin zərbəsi dəqiq olmadı. "İnter"dən isə Bronislav Çervenka və Arif Daşdəmirovun zərbələrini Kamran Ağayev dəf etdi. "Xəzər Lənkəran"ın heyətində Andrey Mureşan, Xristu Kyaku, Ardian Pit və Nikolae Muşat dəqiq zərbə vurdu. "İnter" buna David Odikadze və Girts Karlsonsun qolları ilə cavab verdi. Nəticədə 5:3 (1:1, 4:2) hesablı qələbə qazanan "Xəzər Lənkəran" kuboka sahib çıxdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!