5 Yanvar, 2017
Azərbaycan nefti ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Simsar.az bildirir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,93 dollar bahalaşaraq 53,26 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti isə 0,99 dollar artaraq 56,46 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftə gəlincə, onun da qiyməti 0,41 dollar yaxud 0,73% ucuzlaşıb.

Beləliklə, son nəticədə “AzəriLayt”ın bir barelinin qiyməti 55,97 dollar təşkil edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!