4 Yanvar, 2017
Saatlıda ev yanıb

Saatlıda yanğın hadisəsi qeydə alınıb. Simsar.az- ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonunun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 5 otaqlı evdə baş verib. Nəticədə evin  2 otağının yanar konstruksiyaları 40 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!