3 Yanvar, 2017
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlanıb

Şəmkirdə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Seyfəli kənd sakini 1999-cu il təvəllüdlü Mehdizadə Elmir Qasım oğlu döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətini orta ağır olduğu bildirilir.

Məlumata görə, E. Mehdizadə qonşusu olan həmyaşıdı tərəfindən mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!