30 Dekabr, 2016
Rus səfiri zəhərləndi

Rusiyanın Ankaradakı səfirinin qətlə yetirilməsindən sonra bu ölkənin İsraildəki səfiri də hədəf alınıb. Lent.az odatv.com.tr-yə istinadən xəbər verir ki, Rusiyanın Təl-Əvivdəki səfiri Aleksandr Petroviç dünən restoranlardan birində şam yeməyi zamanı zəhərlənib. O, dərhal xəstəxanaya yerləşdirilib və həkimlərin rəyi əsasında reanimasiya şöbəsinə qəbul edilib.

Rus mediyası Andrey Karlovun qətlindən sonra baş vermiş bu hadisənin növbəti hücum ola biləcəyini yazıb. İsrail mətbuatı isə səfirin həyatına təhlükə olmadığını xəbər verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!