30 Dekabr, 2016
BQXK: Əsgərin meyitinin qaytarılması üçün vasitəçilik etməyə hazırıq

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ermənilərin təxribatının qarşısını alarkən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlunun meyitinin qaytarılmasında vasitəçilik etməyə hazırdır.

BQXK-nın Azərbaycan nümayəndəliyinin sözçüsü İlahə Hüseynova Trend-ə açıqlamasında bildirib ki, Komitə hazırda münaqişə tərəflərinin hakimiyyət orqanları ilə əlaqədədir:

"Komitə bu məsələni yaxından izləyir və meyitin qaytarılması üçün neytral vasitəçilik etməyə hazırıq".

Müdafiə Nazirliyi: Təxribata cəhd göstərən düşmən xeyli itki verib

Qeyd edək ki, dekabrın 29-da təmas xəttində erməni silahlı birləşmələrinin təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Qurbanov Çingiz Salman oğlu itkin düşüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!