30 Dekabr, 2016
Deputatlar qış tətilinə çıxdılar

Milli Məclisin (MM) sədri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında MM-in hesabatını təqdim edib.

“Report”un xəbərinə görə, o bildirib ki, Milli Məclis bu müddət ərzində 195 qanun layihəsini qəbul edib.

O.Əsədov hesabatı təqdim etdikdən sonra parlamentin payız sessiya bağlı elan edilib.

Parlamentin sonuncu iclası Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

Bununla da, deputatlar qış tətilinə çıxıblar. Tətil 2017-ci ilin yanvarın 15-dək davam edəcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!