30 Dekabr, 2016
Hamilə qadını öldürən şəxsə 18 il yarım həbs istənildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A. Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikahda olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib. O qadını qətlə yetirdikdən sonra, başını qırxıb və cəsədini  həyətində basdırıb. Y. Novruzovanın 4 aylıq hamilə olması müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!