30 Dekabr, 2016
Milli Məclisin iclası başladı

Azərbaycan Milli Məclisinin (MM)2016-cı il üçün sonuncu - bağlanış plenar iclası başlayıb.

iclasa MM sədri Oqtay Əsədov sədrlik edir.

Plenar iclasın gündəliyinə İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə, eyni zamanda "Təhsil haqqında", "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında", "Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyesteri haqqında", Tarix və mədəniyyət abidələrinin qorunması haqqında", "Ətraf mühitin mühafizəsi haqqında", Nəşriyyat işi haqqında", "Lotereyalar haqqında", Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Büdcə sistemi haqqında", "Yol hərəkəti haqqında" qanununa dəyişiklik layihələri daxildir.

Bundan başqa, parlament "Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında" qanun layihəsini də müzakirəyə çıxaracaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!