29 Dekabr, 2016
İdmançıların bayram əhval - ruhiyyəsi

Simsar.az saytı bayramla bağlı idmançılar arasında sorğu keçirib. Görəsən, bu il tanınmışların bayram əhval-ruhiyyəsi necədir? Maraqlı cavablarla siz də tanış olun.

Azərbaycan Kiq-boks Federasiyasının vitse prezidenti Səbuhi Rəcəb: “Şəxsən mənim əhval-ruhiyyəm normaldır. Bu günü nəzərə alarsaq, insanların yaşayışı, dolanışığı çətindir ona görə normal. Amma şükürlər olsun salamatıq, sağlamıq. Bayram qabağıda sevincliyik. Yeni ildə ailəmlə birgə xaricdə olacam”.

5 dəfə Dünya çempionu, karateçi Rafael Ağayev: "2016-cı il mənim üçün uğurlu oldu. Həm idman sahəsində, həm də şəxsi həyatımda.Bu il Avropa və Dünya çempionu oldum eyni zamanda ailə qurdum. İnşallah gələn il daha da çox uğurlar olar. Mənim elə bir büdcəm yoxdur ki, devalvasiyanın mənə təsiri olsun. Şükür daşdan yumşaq, nə tapırıq yeyirik, əhvalım da yaxşıdır. Bayramı ailəmlə birlikdə Bakıda qeyd edəcəm, xaricə getmək istəsəm də alınmadı.

Dünya və Avropa çempionu, güləşçi Həsən Əliyev: “Təbii ki bu il biraz çətin keçdi hamı üçün. Amma umumiyyətlə əhval ruhiyəm yaxşıdır şükür Allaha. Əsas can sağlığıdır qalanı düzələcək”.

Cəmilə Məmmədova


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!