24 May, 2011
Güclü yağışlar Beyləqan rayonuna ciddi ziyan vurdu

Son iki gündə yağan yağışlar nəticəsində Beyləqan rayonunun bir çox yaşayış məntəqələrinə xeyli ziyan dəyib.

Bu barədə APA-nın Qarabağ bürosuan Beyləqan rayon Fövqəladə Hallar Komissiyasının sədri Nurəddin Bayramov məlumat verib. Onun sözlərinə görə, sel suları rayonun Kəbirli, Təzəkənd, Bünyadlı, Allahyarlı, Milabad kəndləlrində evlərin zirzəmilərinə dolub, yaşayışı çətinləşdirib. Kəbirli və Təzəkənd kəndlərinin ərazisindən keçən suötürücü kollektorun üzərində yerləşən, sözügedən yaşayış məntəqələrini birləşdirən körpü sel sularının təsirindən uçub. 
N. Bayramovun sözlərinə görə, gün ərzində başqa-başqa yaşayış məntəqələrindən sel sularının törətdiyi fəsadlarla bağlı məlumatlar daxil olmaqdadır. Məlumatlara görə, təkcə İmamverdilər kəndinin ərazisində 27 hektar əkin dahəsi yararsız hala düşüb.
Komissiya sədri onu da bildirib ki, Beyləqan şəhərinin özündə də xeyli sayda evin zirzəmilərinə sel suları dolub. Xüsusilə kərpic evlərdə vəziyyət daha ağır qiymətləndirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!