29 Dekabr, 2016
Murat Boz Bakıya gəlir

Simsar.az xəbər verir ki, milli və xarici filmlərin qala-gecələrinin nömrə № 1 məkanı olan Nizami Kino Mərkəzi Af Media şirkətilə birgə, növbəti film təqdimatı ilə yenidən gündəmdədir.

Belə ki, yanvarın 05 –də Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz, çəkildiyi “Dönərsə sənindir ” filminin digər baş qəhrəmanları ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala – gecəsinə qatılmaq üçün Bakıya gələcəklər.

Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Mehmet uzun illərdi ki, Selin adlı qıza dəlilər kimi aşiqdi. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı quran qadındı. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda, Mehmetin ona tam dəstəy olmasına ramən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet, Selini yenidən qazanmaq üçün çətin amma gülməli vəziyyətlərə düşür...

Film TAFF kinostudiyasının işidir. Qala –gecəsinə, filmdə baş qəhrəmanları canlandıran aktrisalar Yasemin Allen ve İrem Sakın da qatılacaqlar.

Filmi izlədikdən sonra, qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Hörmətli tamaşaçılar, qala –gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənə bilərsiniz. (https://www.facebook.com/NizamiCinema?rf=hl)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!