24 May, 2011
Hicablı qadınlar Milli Parkda aksiya keçirdi

Mayın 24-də axşam saat 19:00 radələrində Milli Parkdakı saat qülləsinin ətrafına aksiya keçirmək məqsədilə 150-yə qədər çarşablı qadın yığışıb.

Simsar.az-ın əməkdaşının məlumatına görə, hadisə yerinə bir neçə polis maşını cəlb edilib. Aksiyaçıların arasında hazırda həbsdə olan dindarların yaxınlarının da olduğu bildirilir. Qadınlar bir-bir iki-iki şüar səsləndirib. Onlar sonradan toplamaq fikrindən daşınaraq, dinc yürüş ediblər. 


Məlumata görə, polis qüvvələri aksiyaçılara müdaxilə etmir.

Hazırda hadisə yerinə polis əməkdaşları gəlir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!