29 Dekabr, 2016
Faiq Ağayevin özəl günü

Bu gün xalq artisti Faiq Ağayevin doğum günüdü.Doğum günündə daha çox anasından hədiyyə almağı xoşlayan xalq artisti bu gün onu sevənlərə "F.A made in AZERBAİJAN" adlı konsertini hədiyyə edəcək.

1971-cı də Bakıda dünyaya göz açan Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il “Bakı Payızı-88” Respublika müsabiqəsinin qalibi seçilib. Bu müsabiqədən sonra “Qızıl Payız-89” Respublika müsabiqəsində, beynəlxalq “Vitebsk-90” müsabiqəsində, beynəlxalq “Yalta-92” televiziya müsabiqəsində də qalib gələrək, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb.

Faiq Ağayev 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib. Bundan sonra müğənninin professional səhnə həyatında yüksəliş mərhələsi başlayıb. 1996-cı ildən o, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin solistidir.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin fərmanı ilə Faiq Ağayev əməkdar artist fəxri adı alıb. 2008-ci ilin 17 sentyabr tarixində Faiq Ağayevə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanın xalq artisti fəxri adı verilib.

Simsar.az saytı F.Ağayevi ad günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni zirvələr fəth etməyi arzulayır!

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!