28 Dekabr, 2016
YAP-ın növbəti iclası oldu

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.Simsar.az-ın məlumatına görə, iclasda qeyd olunub ki, 2016-cı il ərzində Yeni Azərbaycan Partiyası müxtəlif xarakterli bir sıra mühüm tədbirlər həyata keçirməklə ölkənin ictimai-siyasi həyatında yaxından və fəal iştirakını davam etdirib.YAP İdarə Heyətinin iclasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar görüləcək tədbirlər, o cümlədən keçiriləcək konfransın mövzusu ilə bağlı müzakirə aparılıb.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının rayon (şəhər) təşkilatlarında növbəti konfransların keçirilməsi barədə qərar qəbul edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!