28 Dekabr, 2016
Elmira Süleymanova yenidən Ombudsman olacaq?

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova üçüncü müddətə bu vəzifəyə namizədliyinin irəli sürülüb-sürülməyəcəyi məsələsinə münasibət bildirib.

APA-nın xəbərinə görə, E. Süleymanova bu məsələ ilə bağlı qərarı gözlədiklərini deyib.

Qeyd edək ki, E. Süleymanova ikinci müddətə 2010-cu ilin martında insan haqları üzrə müvəkkil seçilib. Ombudsmanın səlahiyyət müddəti 7 ildir.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!