28 Dekabr, 2016
Türkiyə və Rusiya razılığa gəlib

Türkiyə və Rusiya Suriyada ümumi atəşkəsin tətbiq edilməsi haqda razılığa gəliblər. simsar.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, atəşkəsə dair razılaşma sənədi terrorçular istisna edilməklə Suriyadakı bütün tərəflərə göndəriləcək. Xəbərdə bildirilib ki, ötən gün Türkiyə, Rusiya rəsmiləri və Suriyadakı müxaliflərin iştirakı ilə toplantı keçirilib.

İnformasiyaya görə, atəşkəs rejimi uğurlu olarsa, Türkiyə və Rusiyanın vasitəçiliyi ilə Bəşşar Əsədin təmsilçiləri və müxaliflər siyasi müzakirələrə başlayacaq. Müzakirələrin Qazaxıstan paytaxtı Astaanada keçirilməsi nəzərdə tutulur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!