28 Dekabr, 2016
Qayınanasını günahkar bilib, öldürdü

Dünən Bakıda xəstəxanalardan birində baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsindəki vərəm dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qayınanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qayınanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Araşdırmalar zamanı məlum olub ki, E.Hüseynovun ailəsində həyat yoldaşı ilə ciddi problemləri olub. Qadın işsiz olan, arabir fəhləlik edən E.Hüseynovdan boşanmaqla bağlı Xəzər rayon Məhkəməsinə müraciət edibmiş və onlar boşanma ərəfəsində imiş. Lakin 24 yaşlı Elçin ailəsinin dağılmamasını istəyib və baş verənlərdə qayınanasını günahlandırıb. O, dünən də xəstəxanada qayınanasını onun ailə işlərinə müdaxilə etməkdə, evini dağıtmaqda günahlandırıb və məlum cinayəti törədib.

Qeyd edək ki, ailənin körpə uşağı var.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!