28 Dekabr, 2016
Cinayətkarları tutublar

Bakıda qətl törətməkdə şübhəli bilinən bir nəfər saxlanılıb. Simsar.az -ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 23-də Bakı şəhər sakini Elşad Əmirovu qətlə yetirməkdə şübhəli bilinən paytaxt sakini Elçin Həsənov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Araşdırmalara davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!