24 May, 2011
Azərbaycan kubokunun finalı

"İnter" - "Xəzər Lənkəran"

Bu gün NBS Bank Azərbaycan kubokunun final görüşü keçiriləcək. Fanat.az xəbər verir ki, finalda "İnter"lə "Xəzər lənkəran" qarşılaşacaq. Premyer Liqada mövsümü IV yerdə başa vuran "İnter" bu matçı qazanmasa, avrokuboklardan kənarda qalacaq. "Xəzər Lənkəran" isə Premyer liqada çempionluğu əldən verdikdən sonra kuboku qazanmaqda israrlıdı. 
Xatırladaq ki, bu komandalae 3 il öncə də finalda qarşılaşmışdılar və "Xəzər Lənkəran" həmin görüşdən qalib ayrılmışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!