27 Dekabr, 2016
Spirtli içki 32 can aldı

Pakistanda keyfiyyətsiz spirtli içkidən 32 nəfər həyatını itirib. Bu barədə Trend BBC News saytına istinadən məlumat verir. İnsident Pəncab əyalətində baş verib. Verilən məlumatlara görə, yerli xristian icması Milad bayramı münasibətilə spirtli içki alıb. Həmin içkini içən 32 nəfər düyasını dəyişib. Ölənlərdən ikisi müsəlmandır. Daha 60 nəfər xəstəxanaya yerləşdirilib. İlkin məlumatlara görə, içkilərə metanol əlavə edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!