27 Dekabr, 2016
Dolların sabahkı MƏZƏNNƏSİ

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 28-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,23% artaraq 1,7662 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7622 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7622 məzənnəsi ilə başlayıb və 1,7662 məzənnəsi ilə yekunlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!