27 Dekabr, 2016
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini sürətləndirməyə çalışacaq"

Rusiya 2017-ci ildə ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə məşğul olamağa davam edəcək".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi həftəlik brifinqdə deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi məsələ ilə məşğul olmağa davam edirik: "Odur ki, normallaşma prosesinin dayanmaması, əksinə sürətlənməsinə çalışacağıq."

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!