24 May, 2011
Mərkəzi Bankda Dünya Bankının layihələrinin icrası müzəkirə edilib

DB bu günə qədər 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayırıb

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Aləmin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 
Mərkəzi Bankən mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, görüşdə Dünya Bankı tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icra vəziyəti, eləcə də İkinci Yüksək Səviyyəli Foruma hazırlıq məsələləri müzakirə edilib.
Görüş zamanı Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayan sədr E.Rüstəmov bildirib ki, cari ilin mart ayında DB-nın Vaşinqton ofisində yüksək səviyyədə keçirilən “Azərbaycan günləri” bu əlaqələrin inkişafının bariz nümunəsidir.
Əsəd Aləm Azərbaycan Respublikası ilə əlaqələrin səviyyəsindən məmnunluğunu bildirərək təmsil etdiyi təşkilatın ölkəmizin maliyyə-bank sektorunda fəaliyyətini də yüksək qiymətləndirərək bu sahədə dəstəyinə görə Mərkəzi Bankın sədrinə minnətdarlığını bildirib.
Görüşdə həmçinin Dünya Bankı ilə Azərbaycan İpoteka Fondu arasında əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və əməkdaşlıq çərçivəsində indiyədək Azərbaycanda müxtəlif istiqamətlərdə həyata keçirilən 43 layihə üçün ümumilikdə 2,9 milyard dollar məbləğində vəsait ayrılıb. Azərbaycan Türkiyə və Qazaxıstandan sonra Avropa və Mərkəzi Asiya regionunda ən iri kredit portfelinə malik üçüncü ölkədi.

RAMİL

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!