27 Dekabr, 2016
Azad Rəhimov medallardan danışdı

2016-cı ildə Azərbaycan idmançıları 837 medal qazanıb. Bunu gənclər və idman naziri Azad Rəhimov 2016-cı ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Nazir bildirib ki, medallardan 297-si qızıl, 250-si gümüş, 290-ı isə bürünc olub.

Nazirin sözlərinə görə, 203 respublika, 52 beynəlxalq idman yarışı keçirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!