27 Dekabr, 2016
Azərbaycan-İran Dövlət Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan-İran iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının XI iclası keçirilir.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezinin həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilir.

Qeyd edək ki, iclas çərçivəsində Azərbaycan-İran biznes forumu da baş tutacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!