27 Dekabr, 2016
Sənətçilərin bayram əhval ruhiyyəsi

Simsar.az saytı bayramla bağlı sənət adamları arasında sorğu keçirib. Görəsən, bu il tanınmışların bayram əhval-ruhiyyəsi necədir? Maraqlı cavablarla siz də tanış olun.

Əməkdar artist Aybəniz Haşımova: "Bu bayramın səsi vətənə xoş gəlsin. Kim nə arzu edirsə, hamı öz arzusuna çatsın. Ölkəmizdə əmin -amanlıq, insanlarımızda can sağlığı olsun. Yoxsulluq olmasın. Bayram əhval ruhiyyəm də yaxşıdır. Əsas odur sağ-salamatıq."

Xalq artisti Alim Qasımov: "Uşaqlıq keçdi indi mən yolka bayramı keçirmirəm. Bu bayramda ancaq yolkadan danışılır, biz də baxırıq. Bu bayram müsəlman dünyasının bayramı deyil, biz Novruzu qeyd edirik".

Xalq artisti Firəngiz Mütəllimova: "Əhvalım yaxşıdır, hər kəsə can sağlığı arzu edirəm, hazırda imtahandayam deyə rahat danışa bilmirəm."

Əməkdar artist Qurban Məsimov: "Əhvalım bombadır, zordur,Yeni ili Bakıda keçirdəcəm."

Xalq artisti Fuad Poladov: "indi elə bir yerdəyəm ki, əhval -ruhiyyəm o qədər də yaxşı deyil, ona görə də cavab verə bilməyəcəm."

Xalq artisti Fəxrəddin Manafov: "Mən məşğulam"

Nihadə Eyyubova

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!