27 Dekabr, 2016
Rusiyada yolka satan azərbaycanlı tutuldu

Rusiyanın Xabarovsk şəhərində bazarda qanunsuz yolla Yeni il yolkaları satan azərbaycanlı tutulub. Azvision.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, şəhər administrasiyası və polis, həmçinin dövlət meşə müfəttişləri qanunsuz yolla satış həyata keçirənlərə qarşı profilaktik tədbirlər görüb.

Nəticədə üzərində heç bir sənədi olmayan azərbaycanlı saxlanılıb. O, polis bölməsinə aparılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!