27 Dekabr, 2016
İsrailin müdafiə naziri: "Fransanı tərk edin"

İsrailin müdafiə naziri Aviqdor Liberman  Fransada yaşayan yəhudiləri bu ölkəni tərk etməyə çağırıb. “RİA Novosti”nin xəbərinə görə, nazir bu açıqlamanı  Parisdə keçiriləcək Yaxın Şərq sülh konfransı ərəfəsində səsləndirib: “Fransada yaşayan yəhudilərə bura sizin ölkəniz və sizin torpağınız deyil, oranı tərk eləmək zamanıdır deməyin vaxtı çatıb”.

A. Liberman qeyd edib ki, keçiriləcək konfrans İsrailə qarşı tribunaldır.

Qeyd edək ki, gələn ilin yanvarında Parisdə Fələstin-İsrail münaqişəsinin həlli prosesinin bərpasına yönəlmiş çoxtərəfli forum keçiriləcək. İsrail konfransda iştirakdan imtina edib və Fransanı konfransı ləğv etməyə çağırıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!