27 Dekabr, 2016
Azərbaycan neftinin qiyməti dəyişməyib

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,07 dollar bahalaşaraq 53,09 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,07 dollar ucuzlaşaraq 55,09 dollar olub.

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “AzeriLight” markalı xam neftin bir barelinin qiyməti dəyişməyib. Belə ki, “AzeriLight” markalı neftin bir barelinin qiyməti ötən həftənin sonunda olduğu kimi 55,42 dollara bərabər olub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!