26 Dekabr, 2016
Hindistanda dünyanın ən hündür heykəli ucalacaq

Hindistanın Baş naziri Narendra Modi ölkənin Maharaştra ştatına gedərək təxminən dörd əsr əvvəl yaşamış Hindistanın milli qəhrəmanı Şivacinin nəhəng heykəlinin təməlini qoyub.

"Report" "Al Jazeera" telekanalına istinadən xəbər verir ki, abidəni Mumbai şəhərinin ərazisində, Ərəbistan dənizi sahilindən 4 kilometr uzaqlıqda olan süni adada ucaltmağı planlaşdırırlar.

Heykəlin hündürlüyü 192 metr olacaq. Tikintinin təqribən 530 milyon dollara başa gələcəyi gözlənilir.

Hindistandakı abidə dünyada ən hündür heykəli hesab edilən Myanmadakı 116 metrlik Buddadan 76 metr hündür olacaq. Nyu-Yorkdakı Azadlıq heykəli isə Şivacidən 99 metr alçaq olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!