26 Dekabr, 2016
Ağaxan Abdullayev torpağa tapşırıldı

Suraxanı Mədəniyyət Evində məşhur xanəndə, xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri, mərhumun yaxınları iştirak ediblər.

Mərhum Türkan qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, A.Abdullayev uzun sürən xəstəlikdən sonra dekabrın 25-də vəfat edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!