26 Dekabr, 2016
Ərdoğan İlham Əliyevi təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli Prezident, əziz Qardaşım.

Doğum gününüzü xalqım adından və şəxsən öz adımdan ən səmimi arzularla təbrik edirəm. Öz gücünü ortaq dil, din, tarix, mədəniyyət və dəyərlərimizdən alan dostluq və qardaşlıq münasibətlərimizin müdrik rəhbərliyiniz ilə gündən-günə inkişaf edib güclənməsini məmnuniyyətlə müşahidə edirəm.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə və dəyərli ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına sülh, rifah və gözəl günlər arzulayıram".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!