26 Dekabr, 2016
İŞİD terrorçuları Əl-Babda onlarla dinc sakini öldürüb

İŞİD terrorçuları Suriyanın  şimalındakı Əl-Bab yaşayış məntəqəsindən qaçmaq istəyən ən azı 30 dinc sakini  öldürüb. Bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Dinc sakinlərin arasında  çoxlu  sayda yaralıların olduğu  bildirilir. Qurudan və havadan endirilən zərbələr  nəticəsində  terrorçuların 113 mövqeyi  məhv edilib. Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri avqustun 24-də müxalif Azad Suriya Ordusu ilə birlikdə Suriyanın şimalında “Fərat qalxanı” adlı əməliyyata başlayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!