26 Dekabr, 2016
Bakıda 25 yaşlı qız özünü öldürdü

Bakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, dünən Binəqədi sakini, 1991-ci il təvəllüdlü Qasımova Selcan İbrahim qızı sirkə turşusu içərək özünü zəhərləyib. Yaxınları 25 yaşlı qızı xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!