24 Dekabr, 2016
Xaçmaz sakini evində yanaraq öldü

Xaçmaz sakini evində yanıb ölüb. Simsar.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 23-də saat 03 radələrində Xaçmaz rayonunun Çılğır kəndində yaşayan Ağahüseyn Hüseynovun evində yanğın baş verib. Hadisə nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra A.Hüseynovun yanmış meyiti tapılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!