23 Dekabr, 2016
Putin: "Gələn ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq"

2017-ci ilin ikinci yarısında neftin qiyməti hazırkı səviyyədə qalacaq. "APA-Economics" "lenta.ru" portalına istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirilən illik mətbuat konfransında bildirib.

"Neftin qiymətinə dair proqnoz vermək çox çətindir. Qiymətlər bir çox qeyri-müəyyən faktorlardan asılıdır və bu səbəbdən öncədən proqnoz vermək mümkün deyil. Energetika Nazirliyi artıq öz fərziyyələrini ifadə edib. Biz hesab edirik ki, 2017-ci ilin ikinci yarısında artıq neft bazardan gedəcək və neftin qiymətləri stabilləşəcək. Hesab edirik ki, qiymətlər cari səviyyədə sabitləşəcək", - deyə prezident bildirib.

V. Putin əminliklə qeyd edib ki, rəsmi Moskva OPEC-in əldə etdiyi razılaşmaya qoşulmaqla düzgün addım atıb: "Rusiya tərəfindən neft hasilatının azaldılması cüzi olacaq. Neft hasilatının azaldılmasına dair əldə olunan razılıq nəticəsində Rusiyanın dövlət büdcəsinə illik 1,75 trilyon rubl vəsait gətirəcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!