24 May, 2011
AZAL-ın reysləri təxirə saldı

İslandiyadan gələn kül Azərbaycanada təsir etdi

İslandiya ərazisində aktiv vulkan püskürmələri və kül buludunun yaranması ilə əlaqədar “Azərbaycan Hava Yoları” QSC (AZAL) mayın 24-də Bakı-Aberdin-Bakı reysinin icrasını ləğv edib. Trend xəbər verir ki, bu barədə QSC-nin məlumatında deyilir.

Həmin reys üzrə əldə edilmiş aviabiletlərdə uçuş vaxtının tam cəriməsiz dəyişdirilməsi üçün sərnişinlər aşağıdakı ünvanlara müraciət edə bilərlər: Bakı, Nizami küç., 84. Tel: (+99412) 598 88 80, e -mail: callcenter@swtravel.az;

Aberdin: Tel: (+44791) 9146063, e-mail: razizov@azal.co.uk

İslandiya ərazisində vulkan püskürmələri ilə əlaqədar AZAL uçuşlarında mümkün olan dəyişikliklər barədə son məlumatları www.azal.az rəsmi veb-saytında izləməyi xahiş edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!