23 Dekabr, 2016
Faiq Ağayevin yeni mahnısı “Nə məsələdir?”

Xalq artisti Faiq Ağayev “Nə məsələdir?” adlı yeni mahnısını təqdim edib.

Simsar.az xəbər verir ki, bəstənin musiqisi Rabil Səfərliyə, sözləri Rauf Sübhiyə aiddir.

F.Ağayev mahnını ilk dəfə ötən gün qonaq olduğu “Nəsib olsa” verilişində ifa edib.

Qeyd edək ki, müğənni dekabrın 29-da və 30-da Heydər Əliyev Sarayında solo konsert verəcək. Tədbirə biletlərin qiyməti 20 manatdan 120 manata kimidir. Biletləri şəhərin kassalarından əldə edə bilərsiniz.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!