23 Dekabr, 2016
“Anadolu rəngləri” Heydər Əliyev sarayında

Simsar.az xəbər verir ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə bu gün Bakıda “Anadolu rəngləri” adlı konsert keçiriləcək. Kosert Heydər Əliyev Sarayında baş tutacaq.

Gecədə İstanbul Tarixi Türk Musiqi Cəmiyyəti, Mehtər Qrupu, Dövlət Xalq Rəqsləri Cəmiyyəti, Ankara Türk Dünyası Musiqi Cəmiyyəti, Konya Türk Təsəvvüf Musiqisi Cəmiyyəti, Şanlıurfa və Sivas Türk Xalq Musiqisi Xor Ansamblı ilə Ankara, İstanbul və İzmir Klassik Türk Musiqisi Xor Ansamblından olan sənətçilər çıxış edəcəklər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!